Dünyadan görüntülər

Fələstinin Həmas polisi məscidin girişində keşik çəkir. Məsciddə insanlar Ramazan ayının sonuncu cümə namazını qılır.

İspaniyada bir qadın ərzaq mağazasının önündə üzündə maska sosial məsafəni qoruyaraq növbəsini gözləyir. 

Pakistanda sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə xilasetmə işləri aparılır.  

Nepalda fermer buğda yığır. 

Pekində Milli Xalq Konqresinin açılış sessiyası zamanı bir qadın nümayəndələrə çay verir. 

Liquriada Genoa Akvaparkında delfinlər performans sərgiləyir. 

Nyu Cersidə insanlar Lonq Branç çimərliyinə daxil olmaq üçün növbədə gözləyir. 

Filippində tələbələr kiber-məzuniyyət mərasimində iştirak edirlər. 

Braziliyada koronavirus qurbanının cəsədi dəfn edilir. 

Hindistanda miqrant işçilər evlərinə dönmək üçün avtobus gözləyir.