Rusiya qanunvericiləri Krımın Rusiyaya birləşmək qərarını dəstəkləyəcəyini bildirib

Rusiya parlamentinin yuxarı palatasının spikeri Valentina Matviyenko deyib ki, Rusiya qanunvericiləri Krım regionunun Rusiyaya birləşmək qərarını dəstəkləyəcək.

Ukraynanın müvəqqəti hökuməti Krımın Ukraynanı tərk etmək istəyinə qarşı çıxıb. Ölkənin baş naziri Arseniy Yatsenyuk regionun keçirəcəyi referendumun nəticələrinin heç bir sivil dövlət tərəfindən qəbul edilməyəcəyini deyib.

Ukrayna ilə Rusiya arasında münasibətlər bir həftə əvvəl Rusiya ordusunun Krım yarımadasına daxil olmasından sonra daha da gərginləşib.

Çümə axşamı Moskvanın dəstəklədiyi Krım parlamenti yarımadanın Rusiyaya birləşməsinə dair referendumun mart ayının 16-da keçiriləcəyini bəyan edib.