Cim Mattisin Tramp administrasiyasındakı rolu genişləndirilir [Video]

Your browser doesn’t support HTML5

ABŞ dövlət katibi Cim Mattis terror qruplarına qarşı mübarizəni müzakirə etmək üçün Yaxın Şərqdə səfərdədir. Onun səfəri Mattis Tramp adminİstrasiyasının xarici siyasətində daha böyük rol oynamağa başladığı vaxta təsadüf edir.

Yüksək səviyyəli ABŞ müdafiə rəsmisinin xaricdəki liderlərlə görüşməsi qeyri-adi hal deyil.

Administrasiya xarici siyasət mexanizminin diplomatik qolunu bilərəkdən zəiflətməklə istər-istəməz başqa təsirlər yaradır.
Maykl O'Hanlon

Amma Cim Mattisin ən son səfəri ABŞ hökümətinin diplomatik qolunun zəiflədiyi bir vaxta təsadüf edir.

Bəzi məlumatlara görə, yaxında dövlət katibi Reks Tillerson Dövlət Departamentindən gedəcək.

Bu isə büdcə kəsirləri və işə alınma prosesinin dondurulması ilə onsuz da zəifləyən nazirliyə ən son zərbədir.

“Administrasiya xarici siyasət mexanizminin diplomatik qolunu bilərəkdən zəiflətməklə istər-istəməz başqa təsirlər yaradır,” deyə Brukinqs İnstitutundan Maykl O’Hanlon bildirir.

Bu təsirlərdən biri Mattisin ABŞ-ın xarici siyasətdəki rolunun artması ola bilər.

Xaricdə Mattis artıq Ağ evin ən nüfuzlu nümayəndələrindən biri olaraq görülür.

Hərçənd ki, Mattis Trampın gözlənilməz tvitləri və şərhlərinin yaratdığı mübahisələrdən keçsə də, belə görünür ki, o hələ də prezidentin etimadına malikdir.

Reks Tillerson, Donald Tramp, Cim Mattis

Bu isə hərbi generalın başçılıq etdiyi xarici siyasətə üstünlük verən Trampın yaratmağa çalışdığı modelə uyğundur.

Keçmiş ordu liderləri bir çox yüksək vəzifələrə sahibdir. Bunlarına sırasına milli təhlükəsizlik müşaviri və birgə qərargahlar rəisi daxildir.

“Mən narahatam ki, Tramp administrasiyasının Dövlət Departamentini zəiflətmək səyləri yaxşı düşünülməyib,” O’Hanlon deyir.

Bunlara baxmayaraq cümə axşamı Ağ Ev Tillersonun prezidentin Trampın etimadına malik olduğunu bir daha təkid edib.