Cim Mattis Suriya hökumətinin qazlı silahlarından istifadə etməsini ağılsızlıq adlandırıb

ABŞ-ın müdafiə naziri Cim Mattis şərqi Qutada Suriya hökumətinin qaz silahlarından istifadə etməsini ağılsızlıq adlandırıb.

Mattis deyib ki ABŞ Əsəd qüvvələrinin rəqib döyüşçüləri məğlub etməsi üçün sarin qazından istifadə etdiyi barədə məlumata malikdir. Son 3 həftə ərzində 200-ü uşaq olmaqla, 1000-ə yaxın insan öldürülüb.

​Omana səfəri zamanı onu müşayiət edən jurnalistlərə nazir qaz hücumlarına dair heç bir dəlilə məxsus olmasa da, hücumlarda xlorin kimi qazdan istifadə edildiyinə dair məlumatlar əldə etdiyini bildirib.

Mattis deyib ki, Suriya qüvvələri ən yaxşı halda məhəl qoymadan hücumlar həyata keçirir, ən pis halda isə xəstəxanaları hədəf alır.

Suriya hökuməti isə zəhərli qazlardan istifadə edilməsini rədd edir.