ABŞ-ın müdafiə naziri Cənubi Koreyadadır

ABŞ-ın müdafiə naziri Şimali Koreyanın raket və nüvə təhlükəsi qarşısında Cənubi Koreyanın müdafiəsində Amerikanın siyasətində dəyişiklik olmayacağını bildirib.

Cim Mattis Cənubi Koreyanın Panmunjom “sülh şəhərçiyi”ndə ABŞ və o ölkənin hərbi qüvvələri qarşısında deyib ki, problemin diplomatik yolla həlli üçün əlimizdən gələn hər şeyi edirik.

“Hər halda bizim diplomatların arxasında əsgərlər və hərbi dəniz donanması durmalıdır”, Mattis bildirib.

Dövlət katibi Reks Tillersondan sitat gətirən nazir deyib ki, məqsədimiz müharibə deyil. Mattis məqsədin Donald Trampın hakimiyyətə gəlməsindən sonra Şimali Koreyanın inkişafını artırdığı nüvə proqramının tamamilə ləğv edilməsi olduğunu vurğulayıb.

Mattis ABŞ-Cənubi Koreya müşahidə postunu və sərhəd bölgələri ziyarət edib.

Nazir bundan əlavə demilitarizasiya zonasında olub və onu Şimali Koreyadan turistlər izləyib.

İkigünlük səfəri çərçivəsində Mattis ölkə prezidenti, müdafiə rəsmiləri və Amerikanın hərbi komandirləri ilə görüşüb.