Ağ Ev regionda geopolitik vəziyyətin dəyişdiyi bir zamanda özünün Əfqanıstan siyasətini yenidən nəzərdən keçirir.
Artan hərbi və iqtisadi gücü ilə Çin Cənubi Asiya regionunda təsirini genişləndirir.
Lakin Donald Tramp regionun güclü oyunçusu kimi Hindistanın böyük rola malik olduğunu görür.
“Biz onların Əfqanıstanla bağlı bizə yardım etmələrini istəyirik. Xüsusilə də iqtisadi dəstək və inkişaf sahələrində.”
Bu çox riskli təklifdir…
Hindistanın uzunmüddətli rəqibi olan Pakistan bunu təhlükə kimi qiymətləndirir.
“Biz Əfqanıstanda Hindistanın hər hansı hərbi və ya siyasi rolunu görmürük. Məncə bu vəziyyəti daha da mürəkkəbləşdirəcək və heç bir şeyi düzəltməyəcək.”
Amma Hindistan Əfqanıstanın müdafiə qüvvələrinə daha çox dəstək ayırmağa razılıq verərək ehtiyatla irəli addımlayır. Onlar artıq Əfqanıstanı iqtisadi yardım kimi 2 milyard dollarla təmin ediblər.
Əfqanıstan rəsmiləri deyir ki, onlar hər iki ölkə ilə dostluq münasibətlərini saxlamaq istəyirlər və əlavə edirlər ki, sərmayələr qeyri-hərbi sahələrə yönəlir.
“Səhiyyə sahəsi, təhsil, infrastruktura və demokratik institutlar. Heç bir ölkə və heç kim buna etiraz etməməlidir.”
Amma xeyli sayda pakistanlı etiraz edir…
… və uzunmüddətli hindistanlı rəqiblərinin Əfqanıstanda yerləşən militant qruplara dəstəklərini artıracaqları ilə bağlı ittihamlar ünvanlayır.
Bu sözləri Barak Obama dövründə Cənubi Asiya siyasəti sahəsində çalışan Şamayla Çodri deyir.
“Bu baxımdan Tramp administrasiyasının hazırladığı Əfqanıstan siyasəti öz-özü ilə ziddiyəddərir. Bir tərəfdən biz pakistanlıların ABŞ üçün daha çox iş görmələrini və militant qruplarla əlaqələrini kəsmələrini istəyirik. Digər tərəfdən isə biz hindistanlıların Əfqanıstanda daha fəal olmalarını istəyirik. Bu isə pakistanlıların əks-reaksiya verməsinə səbəb olacaq.”
Mattis üçün mürəkkəb regional balans Çinə görə daha da mürəkkəbləşir.
Çin və Hindistan bu yaxınlarda uzun zaman davam edən sərhəd mübahisələrini və gərginliyi dayandırmağa razılaşıblar.
Çin eyni zamanda Yeni Deli ilə hərbi əməkdaşlığa görə Vaşinqtondan narazıdır. Bu isə Mattisin səfəri zamanı müzakirə ediləcək əsas məsələlərdən biridir.