Futbolçu dələduzluqda ittiham olunur

Maşallah Əhmədov

Azərbaycanın tanınmış futbolçusu Maşallah Əhmədov saxlanılıb. Bakının Binəqədi rayon Polis İdarəsindən APA agentliyinə verilən məlumata görə, M. Əhmədov dələduzluqda təqsirləndirilir. Onunla bağlı idarəyə şikayət daxil olub və daxil olan şikayət əsasında polis araşdırmalara başlayıb.

Maşallah Əhmədov Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

Veteran futbolçuya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.O, 72 min manatlıq dələduzluqda ittiham olunur.