Bu ay ABŞ-da vətəndaş hüquqları müdafiəçisi Martin Lüter Kinqin xatirəsi anılır. 50 il əvvəl avqust ayının 28-də o, Vaşinqtonda təşkil edilən yürüşə rəhbərlik etmiş, “Bir arzum var” adlı nitqini söyləmişdi. Kinqin bu çıxışı Afrika mənşəli amerikalıların bərabər hüquqlarla təmin edilməsi mübarizəsinin təməli hesab edilir.
“Mən bu gün Amerika və dünya xalqlarına demək istəyirəm ki, artıq hərəkətə keçmişik. Bizi irqçiliyin heç bir dalğası dayandıra bilməyəcək.”
Amerikada vətəndaş hüquqlarının müdafiəsi hərəkatına 1950-ci illərdə qaradərili, gənc keşiş Kinqin başçılığı ilə start verilir. Bu hərəkat cənub Alabama ştatında ictimai nəqliyyatda ayrı-seçkiliyə son qoyur. Matin Lüter Kinq dinc nümayişlər təşkil edir, qaradərili amertikalıların səsvermə və bərabərlik hüquqlarının təmin edilməsinə çağırır.
Kinqin yaxın dostu, vətəndaş hüquqları müdafiəçisi Andru Yanq deyir ki, o, bizə Amerikanın iqrçilik, müharibə və yoxsulluq bəlasından xilas edilməsi yollarını öyrədirdi.
1963-cü ildə Vaşinton yürüşünə 250 min insan qatılır.Onlar arasında olan konqresmen Con Levis Linkoln memorialı önünə minlərlə insanın toplaşdığını deyir. Nümayişçiləri ehtirasa gətirən isə Kinq olur. “Bir arzum var. Dörd uşağım bir gün dərilərinin rəngi ilə deyil, zəkaları və əməlləri ilə dəyərləndiriləcəkləri bir cəmiyyətdə yaşasın.”
Kinqin hərəkatına təkcə qaradərililər deyil, ağlar da dəstək verirdi. Kinq kütləni onlara ehtiram göstərməyə çağırırdı.”Vaxt gələcək Allahın bütün bəndələri-ağlar və qaralar, yəhudi və protestantlar,katoliklər əl-ələ verib, azadlıq mahnısı oxuyacaq.”
Kinqin nitqi cənub ştatlarda vətəndaş hüquqlarının müdafiəsi kampaniyalarına yol açır. 1964-cü ildə Kinq Nobel Sülh Mükafatına layiq görülür.
Bir il sonra zənciləri səvermədən kənar saxlayan qanun ləğv edilir.
Martin Lüter Kinq sonuncu kampaniyasını öldürüldüyü Tennisi ştatının Memfis şəhərində keçirir. Sui-qəsdin qurbanı olan mübarizin o vaxt 39 yaşı var idi.
Ölümündən 40 il sonra Kinqin arzuları həyata keçir.
2008-ci ildə Barak Obamanın ilk Afrika mənşəli amerikalı kimi dövlət başçısı vəzifəsinə sahib olması buna əyani sübutdur.
Amerikada vətəndaş hüquqlarının müdafiəsi hərəkatına 1950-ci illərdə qaradərili, gənc keşiş Kinqin başçılığı ilə start verilir. Bu hərəkat cənub Alabama ştatında ictimai nəqliyyatda ayrı-seçkiliyə son qoyur. Matin Lüter Kinq dinc nümayişlər təşkil edir, qaradərili amertikalıların səsvermə və bərabərlik hüquqlarının təmin edilməsinə çağırır.
Bizi irqçiliyin heç bir dalğası dayandıra bilməyəcək