8 mart yürüşünə hazırlıq gedir

Your browser doesn’t support HTML5

Feministlər ənənəvi olaraq bu il də 8 martla bağlı yürüş keçirəcəklərini elan ediblər. Yürüşün əsas məqsədi gender əsaslı zorakılıq və qətllərə diqqət çəkməkdir. Yürüşdən öncə hazırlıq işləri görülür. Nərmin Şahmarzadə deyir ki, yürüş günü ictimai nəqliyyat işləməsə də, bu, iştirakçıların əhval-ruhiyyəsinə təsir etmir. O deyir ki, 8 mart yürüşü özümüzü ifadə etmək və hüquqlarımızı tələb etmək üçün fürsətdir. Vəfa Rüstəm deyir ki, onlar müvafiq qanunvericiliyə uyğun olaraq Nizami küçəsində yürüşlə bağlı Bakı Şəhər icra hakimiyyətinə xəbərdarlıq ediblər. Lakin Bakı Şəhər İcra Hakimiyyəti orada nəqliyyatın və əhalinin sıx olmasını əsas gətirərək, yürüşün keçirilməsini məqsədəuyğun hesab etməyib. Buna baxmayaraq, yürüşün təşkilatçıları yürüşü keçirəcəklərini deyirlər. Yürüş təşkilatçıları qeyd edir ki, yürüşün məqsəd və məzmunundan kənara çıxan şüar və plakatlar, digər simvolikalar istifadə edilməməlidir. Onlar bütün iştirakçılara yürüşdə tibbi maska taxmağı və sosial məsafəni qorumağı məsləhət görürlər.