ABŞ NASA fəza agentliyi bildirib ki, Mars “Rover Opportunity” Kəşfiyyat adlı robot aparat Mars planetində sudan yarandığı ehtimal edilən mineral yataqlar aşkar edib. Minerallar olan arxa “Homestake” adı verilib və arx təxminən baş barmaq qalınlığındadır. NASA nümayəndələri deyib ki, aparatın kamerası sudakı mineralların gips şəkilində olduğunu göstərib. Yer Kürəsində gipsdən tikintidə suvaqlama üçün istifadə edilir. NASA yataqların vulkan qayalarından axaraq yarandığını ehtimal edir. Agentlik ötən ay yeni fəza gəmisini Marsa göndərib. Gəmi gələn ilin ortalarına Marsa çatacaq və gəminin daşıdığı “Curiosity” aparatı orada kraterlərin tərkibini tətqiq edəcək.