Marsda həyatın mövcudluğuna dəlalət edən sübut əldə edilib

ABŞ-ın Fəza Agentliyi-NASA-dan alınan məlumata görə, “Curiosity” elmi laboratoriyası Mars planetdinə həyatın olduğunu dəlalət edən sübut əldə edib.

NASA elmi işçiləri “Curiosity”-nin qazdığı daşın tozunu araşdırıb. Onlar deyir ki, daşın tərkibində sulu mühitə lazımı olan gil minerallar aşkar edilib. Onlar həmçinin hidrogen, oksigen və nitrogen daxil olmaqla, həyat göstəricisi olan elementlərin izlərini tapıblar.

NASA-nın bildirdiyinə görə, Marsda əvvəllər kifayət qədər zərərsiz içməli su olub. Alimlər Marsın isti və nəmli mühit olduğuna və daha sonra quru dondurucu səhraya çevrildiyinə inanırlar.

“Curiosity” elmi laboratoriyası bu gün Marsda və ya ölmüş fosillərdə mikrobların yaşaya biləcəklərini araşdıracaq texniki avadanlıq ilə təchiz olunmayıb.