Hindistanın baş naziri: Hindistan Marsa missiya göndərəcək

Tənqidçilər planın əleyhinə çıxır
Hindistanın baş naziri Manmohan Singh Hindistanın iddialı kosmik programında daha bir inkişafa nail olmaq üçün ölkəsinin Marsın orbitinə fəza gəmisi göndərməyi planladığını deyir.

Cənab Singh bazar ertəsi pilotsuz kosmik aparatın vacib elmi məlumatlar toplayacağını bildirib.

Baş nazir bu planın Hindistanın elm və texnologiyasında böyük irəliləyiş olduğunu deyib.

Kosmik aparat gələn ilin noyabr ayında Hindistanın Kosmik Tədqiqatlar Təşkilatının hazırladığı raket vasitəsi ilə göndəriləcək. Missiyanın 80 miliyon dollara başa gələcəyi təxmin olunur.

Son onilliklər ərzində Hindistan kosmosa çox sayda peyklər göndərib. Lakin tənqidçilər cənab Singhin Konqres Partiyası ilə mübahisə edərək bu programin əvəzinə diqqətin elektrik və içməli su kimi əhalinin sadə təlabatlarını qarşılayacaq resurslar üzərində cəmləşdirməsinin vacibliyini vurğular.

Cənab Singh Mars missiyasını Hindistanın Müstəqillik günü-ölkənin Britaniya hökmranlığından azad olunmasının 65-ci ildönümündə bəyan edib.