Marsda iki ayın bir-birinin yanından keçməsi müşahidə olunub [Video]

Your browser doesn’t support HTML5

ABŞ Fəza Agentliyinin (NASA) Marsda olan robot roveri səmada qırmızı planetin iki ayının bir-birinin yanından keçərkən dramatik şəklini çəkib.

NASA-nın Marsdakı roveri "Curiosity" avqustun 1-də çəkdiyi videoda Fobos adlanan ayın, digər, nisbətən kiçik ay olan Deimosun önündən keçdiyini göstərir.

Bir ayın o biri ayı örtməsini göstərən video Marsdan göndərilən ilk şəkillər seriyasındandır. Alimlər deyirlər ki, Fobos və Deimos üzərində müşahidələr araşdırmaçılara ay orbiti haqda biliklərini inkişaf etdirməyə kömək edəcək.

NASA alimləri Fobosun diametrinin Yer kürəsi ayının diametrinin bir faizindən az olduğunu deyir. Ancaq Fobosla Mars arasındakı məsafə, Yer kürəsi ilə bizim ay arasındakı məsafədən daha yaxındır.

Marsın səthindən göründüyü kimi, Fobos Yer kürəsinin ayının yarısı boydadır.
NASA-nın Mars Elm Labarotoryasının layihəsi "Curiosity" və onun 10 elmi cihazından istifadə edərək Gale Craterdə ekoloji tədqiqat aparır. Bu yaxınlarda layihə Gale Craterdə mikrobial həyat üçün şəraitin uzun illər öncə münbit olduğunu aşkar edib.

"Curiosity" noyabırın 26-da 2011-ci ildə Florida ştatının Cape Canaveral şəhərindən kosmosa göndərildikdən sonra 2012-ci il, avqustun 6-da Marsa enib.