4 faizlik marja ləğv olunub

Dollar-manat

Yanvarın 12-dən Azərbaycanda kommersiya banklarının valyuta məzənnəsinin müəyyən etməsi üçün 4%-lik marja ləğv olunub.

Turan agentliyinin məlumatına görə, Mərkəzi Bank sədrinin kommersiya banklarının rəhbərləri ilə yanvarın 11-də keçirdiyi müşavirədə manatın tamamilə üzən məzənnəyə keçidi elan olunub. Bu isə milli valyutanın Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəsindən hesablanan 4%-lik marjadan imtina deməkdir.

Yanvarın 12-də keçirilmiş valyuta hərracının yekunları elan edildikdən sonra bəzi banklar artıq 4%-lik həddi keçiblər.

Digər məlumata görə, bundan sonra valyuta hərracları həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və cümə günləri keçiriləcək.

Xatırladaq ki, yanvarın 12-də keçirilən hərracda dolların orta məzənnəsi 1,7867 manat təşkil edib.