Marqaret Börk Uayt karyerasına 1930-cu illərin əvvəlllərində, sənaye fotoqrafı kimi başlayıb. Onun çəkdiyi şəkillərdə o dövrün maşınlarının gücü və gözəlliyi tərənnüm edilirdi.
Your browser doesn’t support HTML5
1936-cı ildə amerikalı publisist Henri Luse yeni, foto-oçerklərdən ibarət “Life” jurnalının dərcinə başlayır. Bu jurnaldakı şəkillərin hər birinin bir hekayəsi var idi. O vaxtlar Marqaret Uayt Lusenin “Fortune” adlı digər jurnalında işləyirdi. Luse onu yeni jurnalına işləməyə çağırır və Marqaretin çəkdiyi şəkil “Life” jurnalının ilk nüsxəsinin üz qabığına yerləşdirilir. Bu, Montana ştatında inşa edilən bəndin şəkli idi. Məharətlə çəkilən şəkildəki işıqlar bəndi və orada işləyən fəhlələri görməyə imkan verirdi.
Marqaret Uayt təkcə bəndin tikintisi ilə bağlı şəkillər çəkməklə kifayətlənməmişdi; o, orada işləyən insanlardan da bəhs etmək istəyirdi.
Montana bəndinin inşasında on min insan çalışırdı və Marqaret onların şəkillərini çəkməyə başladı. Onları işdə, evdə, şənləndikləri yerlərdə belə çəkirdi.
Marqaret Uayt ictimai xadim idi. O, Amerika Rəssamlar Konqresinin üzvü idi, Bu təşkilatın üzvləri afrikalı-amerikalı rəssamlarına dikriminasiya və Avropada faşizmə qarşı mübarizə aparırdı.
30-cu illərdə marqaret amerikalı yazıçı Erskin Kalduellə tanış olur. Kaldvil özünün Amerikanın cənubundakı insanlar barədəki əsərləri ilə tanınırdı. Yazışı və fotoqraf ölkənin cənub bölgələrindəki imkansız insanlar haqda kitab yazmaq qərarına gəlirlər və 1937-ci ildə “You Have Seen Their Faces” – “Siz onların üzünü görməlisiniz” kitabını dərc edirlər. Kitab böyük müvəffəqiyyət qazanır.
1938-ci ildə Marqaret Uaytla Kalduel müharibəyə yaxın olan Avropaya yollanırlar. Onların həmin dövrdəki Çexoslovakiyadan bəhs edən “North of the Danube” – “Dunaydan şərqə” adlı kitabı dərc edilir.
Bundan az sonra Marqaretlə Erskin Kalduel evlənirlər.
Bir dəfə, iyul gecələrinin birində Almaniya hərbi təyyarələrinin Moskva üzərində uçduğu barədə xəbər veriləndə, hamı yerin altındakı sığınacaqlarda gizlənir. Marqaret isə kameralarını mehmanxana pəncərələrinə yerləşdirir və bombardmanı çəkmək üçün açıq qoyur, Bundan sonra isə sığınacağa qaçır. Bomba hücumlarından sonra Marqaret geri, otağına qayıdır. Kameralar bombardmanı çəkmişdi.
Sovet İttifaqını tərk etməzdən əvvəl Marqaret Vayta Soviet lideri İosif Stalinlə görüşmək üçün icazə verilir. Görüşdən qayıdan Marqaret özü ilə Stalinin bir neçə şəklini gətirir. O, Sovet İttifaqı haqda yazılacaq kitab üçün də xeyli material gətirir.
1942-ci ildə Marqaret ərindən boşanır.
II Dünya Müharibəsi zamanı Marqaret Birləşmiş Ştatlar ordusunun rəsmi fotoqrafı idi. O, II Dünya Müharibəsində döyüş bölgələrində şəkil çəkməsinə icazə verilən ilk qadın idi.
Marqaret Vayt düşmən hədəflərini vurmaq üçün Avropaya uçan bombardman təyyarəsi ilə İngiltərəyə uçur. O, Almaniyanın Tunisdəki hərbi aerodromu Əl-Auinanı bombardman edəcək təyyarə ilə oraya, sonra isə döyüşlərin şiddətli getdiyi İtaliyanın Kassino vadisinə gedir. Bundan sonra Marqaret ABŞ-ın general Corc Pattonun komandanlığı altında olan 3-cü ordusu ilə Reyn çayını keçir. 1945-ci ildə Marqaret nasistlərin ölüm düşərgəsi Buxenvalda gedir və oradakı məhbusların şəkillərini çəkir.