Dünyadan görüntülər

Roma Papası Fransis Vatikanda Müqəddəs Pyotr kilsəsində COVID-19 məhdudiyyətlərinin tətbiq edildiyi şəraitdə dua mərasimi keçirir.

İndoneziya - Cənubi Sulavesidə Makassarda Katolik kilsəsinin qarısında bir neçə insanın yaralanması ilə nəticələnən partlayışdan sonra polis və xilasetmə işçiləri intiharçıların cəsədlərini hadisə yerindən aparır.

Myanma - Yangon şəhərində 100-dən çox insanın təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsindən bir gün sonra hərbi çevrilişə etiraz edən nümayişçilər tələblərini səsləndirmək üçün yenidən küçələrə çıxıb.

Myanma - Yangonda martın 27-də təhlükəsizlik qüvvələri tərəfindən çevriliş əleyhinə nümayiş zamanı öldürülən şəxsin ailə üzvləri yas saxlayır.

Süveyş Kanalında martın 23-dən bəri konteyner gəmisi tərəfindən su yolunun bağlanmasına görə kanaldan keçmək üçün gəmilərin növbədə gözləyir.

Kanada - Vankuver şəhərində kitabxananın qarşısında polisin şübhəli tərəfindən bir neçə adamın bıçaqlandığını haqda məlumat verməsindən sonra təcili yardım maşınları hadisə yerinə yollanır.

Kamboca - Phnom Penh ətrafında velosipedçi təkrar emal olunan çantaları daşıyır.

Nederland - Polis Amsterdamda koronavirusla əlaqədar tətbiq edilmilş məhdudiyyətlərə etiraz edən nümayişləri dağıtmaq üçün su şırnağından istifadə edir.

Hindistanlılar Cammuda Holi festivalını qeyd edərək, bir-birinin üzərinə rənglənmiş toz tökür.

Yaponiya - Tokio şəhərində Çidorigafuçi Parkında ziyarətçilər albalı ağacının çiçək açmasına tamaşa edir.

İspaniya - Barselona şəhərində üz maskalarından istifadə edən tamaşaçılar konsertdə iştirak edir.

Dünyanın hər yerindən günün ən maraqlı fotoları