Dünyadan görüntülər

Fransada velosipedçilərdən ibarət milli komanda insanlara koronavirus vaksinin vurulduğu binanın ətrafında məşq edirlər. 

Seulda bir bişi televiziyada Şimali Koreyanın sınaqdan keçirdiyi ən sonra taktiki idarə olunan raketini izləyir. 

Honduraslı və salvadorlu miqrant ailələr Meksikadan Rio Grande çayını qayıqla keçəndən sonra Birləşmiş Ştatlara daxil olmaq üçün sərhədə doğru yürüyürlər. 

Banqkokda 10-cu Tailand beynəlxalq Ev Heyvanı Sərgisi keçirilir. 

Ultra-Ortodoks yəhudi kişilər Qüdsdə Pesxa bayramından öncə Liur Çametz ritualını həyata keçirirlər. 

Braziliyada prezident sarayının önündə prezidentin COVID-19 pandemiyası ilə mübarizəsinin əleyhinə nümayişlər keçirilir. 

Venesueladan Kolumbiyaya keçən miqrantlar özləri ilə toyuq gətiriblər. 

Londonda Christie's hərrac zalında qalereya texnikləri Andy Warhol-un Kraliça II Elizabetə aid şəkillərini nümayiş etdirirlər. 

Myanmada həbsdən azadlığa çıxan çevriliş əleyhinə etirazçı məhəlləsinin sakinləri tərəfindən çiçəklərlə qarşılanır. 

Çittaqonqda Hindistanın baş naziri Narendra Modinin Banqladeşə səfərinin əleyhinə etirazlar zamanı Hifazat-i-İslam qrupunun fəalları polislə toqquşub.