Misirin müvəqqəti baş naziri Ədli Mənsur ölkədə ixtişaşlara səbəb olanlarla sonuna qədər mübarizə aparacağına and içib. Çümə axşamı gecə televiziya ilə çıxışı zamanı cənab Mənsur hazırda Misirin həlledici anı yaşadığını deyib və əlavə edib ki, ölkədə qan tökülmənin qarşısı alınmalıdır.
Cənab Mənsur bu çıxışını prezident Məhəmməd Mursinin devrilməsindən sonra onun tərəfdarlarının cümə günü genişmiqyaslı nümayişlərə çağırışı ərəfəsində edib.
Mursiyə qarşı olanlar da öz növbəsində nümayişlərə çağırıb.
Çümə axşamı ordu nümayişçilərə sakitliyə riayət etmələri ilə bağlı xəbərdarlıq edib.