Manhattanda 55 milyon dollara mənzil

Daşınmaz əmlak üzrə dəllaların dediyinə görə, xarici alıcılar arasında çinlilər Nyu Yorkun Manhattan məhəlləsində evlər almaqda rusları geridə qoyub. Rusların ev alıcılığı fəallığının azalması Ukraynadakı böhranla bağlı Birləşmiş Ştatların Rusiyaya tətbiq etdiyi sanksiyalarla əlaqələndirilir.

İmkanlı çinlilər Nyu York, Sidney və London da daxil edilməklə, dünyanın böyük şəhərlərində daşınmaz əmlak alır. Onlar nağd pulları investisiya edir və uşaqlarının Qərbdə təhsil almaları üçün material baza yaratmağa çalışır.

Reuters xəbər agentliyi daşınmaz əmlak üzrə beş yüksək səviyyəli brokerə Nyu York şəhərində ev alqı-satqısı ilə bağlı sual verəndə, onlar bu sahədə birinci yerdə çinlilərin olduğunu deyib. Məlumatda 80 faiz çinlinin uşaqlarının xaricdə təhsil almasını istədiyi deyilir.

Brokerlər son zamanlar qiymətlərin xeyli qalxdığını deyir. Çinlilər arasında hazırda ən populyar binalardan biri Mərkəzi Park - One 57 göydələnidir ki, orada mənzillər 18 milyon dollardan 55 milyon dollara qədərdir. Lüks binada beşulduzlu otelə məxsus xidmətlər göstərilir.