ABŞ tarixində ən dəhşətli kütləvi qırğına səhnə olan Las Veqas otelinin sahiləri oteli laqeydlikdə ittiham edərək məhkəməyə verən hadisə qurbanlarının qohumlarına qarşı əks-məhkəmə işi açıb.
Oktyabrda Stefen Paddok Mandalay Bay otelində, otağının pəncərəsindən aşağıda konserti izləyən tamaşaçılara atəş açaraq 58 nəfəri qətlə yetirib. Paddok polis otağa daxil olmaq istəyən zaman özünə qəsd edib.
Yüzlərlə insan Mandalay Bay otelinin aid olduğu MGM istirahət mərkəzini məhkəməyə verərək, şirkəti otelin qonaqlarını yoxlamadan keçirməmiş içəri buraxmaqda və Paddoka otağına çoxlu sayda silah və güllə gətirməsinə imkan verməkdə təqsirləndirir.
MGM kütləvi zorakılıqların qarşısını almaq məqsədi ilə müəyyən tədbirlər görmək üçün bizneslərin öhdəliklərini məhdudlaşdıran 2002-ci il federal qanunundan sitat gətirib.