Mançester hücumunun məsuliyyətini kim daşıyır? [Video]

Your browser doesn’t support HTML5

Britaniyanın Mançester şəhərində amerikalı pop ulduz Ariana Qrandenin konsertində bomba hücumu nəticəsində 22 nəfər həyatını itirib, onlarla adam yaralanıb. Polis hücumunun liviyalı valideynlərdən doğulmuş 22 yaşlı britaniyalı Salman Abedinin həyata keçirdiyini müəyyən edib. Hücumun məsuliyyətini İŞİD üzərinə götürdüyünü iddia etsə də, ekspertlər bununla bağlı heç bir dəlil olmadığını, lakin zəifləməkdə olan qrupun bəzi insanları terror hücumlarına təşviq etdiyini deyir.