Mammoqrafiya nəticələrinin dəqiqliyini sual edilir

Yeni araşdırmalara görə mammoqrafiya ilə döş xərçəngi diaqnozu qoyulan hər üç qadından biri lüzumsuz müalicə edilir. Araşdırmalar mammoqrafiya nəticələrinin dəqiqliyini sual edir.

Danimarka mütəxəssilərinin "Annals of Internal Medicine" jurnalında dərc edilmiş tədqiqatına əsasən, mammoqrafiya müayinəsi nəticəsində qadınların hər üçdən birində olduqca yavaş böyüyən və sonda zərərsiz olan şişlər yalnış olaraq müsbət nəticə kimi göstərilir. Məqalədə həmçinin adi mammoqrafiyanın daha ciddi mərhələdə olan xərçəng şişlərini müəyyən etmədiyi qeyd edilib.

Erkən və adi mammoqrafiya yoxlamalarının tərəfdarları bildirir ki, döş şişlərinin erkən müayinəsi müalicəni asanlaşdırır və insanların həyatını xilas etmək mümkün olur.

Daha təhlükəsiz yanaşma tərəfdarları isə bildirir ki, lüzumsuz radiasiya qadınlara mənfi təsir göstərə və hətta yeni xərçəngin yaranmasına səbəb ola bilər.