Maltanın baş naziri istefa verəcəyini deyir

Malta Times qəzetinin cümə günü yaydığı məlumata əsasən, Maltanın baş naziri Cozef Muskat tərəfdaşlarına dərhal istefa verəcəyini söyləyib.

Qəzet bildirir ki, jurnalist Dafne Karuana Qaliziyanın öldürülməsi ilə əlaqədar istintaqın ortaya qoyduğu siyasi və hüquqi böhran belə bir qərarın verilməsinə gətirib çıxarıb.

Rəsmilər təhqiqat zamanı 2017-ci ildə avtomobildə bomba partlayışı nəticəsində həyatını itirən Karuana Qaliziyanın ölümü ilə əlaqədar bu həftə Muskatın sağ əli Kit Şembrini dindiriblər.

Mərhum jurnalistin ailəsi cümə günü Şembrinin bir gecədə sərbəst buraxılmasından sonra Muskatın istefasını tələb edib. Bu həftə Muskatın administrasiya rəhbəri vəzifəsindən istefa verən Şembri bütün ittihamları rədd edib.

Cümə günü Muskatın kabineti Fenehin vəkillərinin Şembri də daxil olmaqla, yüksək səviyyəli şəxslərə aid ifadələrinin qarşılığında iş adamı Yorgen Fenehinin əfv edilməsi tələbini rədd edib.

İki ildir davam edən araşdırmalardan sonra rəsmilər qətl hadisəsi ilə bağlı işləri sürətləndirib.