BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycana 5 milyon dollardan çox vəsait ayırıb

(UNHCR)

2014-cü ildə Şərqi Avropa üzrə ümumi maliyyə tələbi 236 milyon ABŞ dolları təşkil edib
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Azərbaycana 5 milyon 850 min (5,850,001) ABŞ dolları vəsait ayırıb.

Bu barədə ali komissarlığın saytı məlumat verib.

Məlumata görə bu məbləğin 4 milyon 397 min 620 dolları qaçqınlar üçün proqramların həyata keçirilməsi, 321 min 299 dolları vətəndaşlığı olmayan şəxslər, 1 milyon 131 min 82 dolları isə məcburi köçkünlər üçün nəzərdə tutulub.

Türkiyəyə 195 milyona, Gürcüstana 14 milyon dollara yaxın, Ermənistana 4 milyon dollardan çox, Rusiyaya 7 milyondan çox, Ukraynaya isə 11 milyon dollara yaxın vəsait ayrılıb.

2014-cü ildə Şərqi Avropa üzrə ümumi maliyyə tələbi 236 milyon ABŞ dolları təşkil edib.