Maliyyə Nazirliyinin 2.99 trillion dollarlıq borca ehtiyacı var

ABŞ-ın Maliyyə Nazirliyi aprel-iyun kvartalında koronavirus pandemiyası dövründə 2.99 trillion dollarlıq borca ehtiyacı olduğunu bəyan edib.

Nazirliyin bildirdiyinə görə, 2.99 тrillionluq borc 2008-ci ilin maliyyə böhranı zamanı kvartallıq 530 milyardlıq borcdan qat-qat artıq olacaq.

Bir kvartallıq böyük məbləğli borc hökumətin 2019-cu il ərzində marketlərdən borc götürdüyü istiqrazlardan 1.28 trillion dollar çoxdur.

Nazirlik bu məbləğin hökumətin işçilər və müəssisələri dəstəkləyən müxtəlif proqramlara sərf ediləcəyini bildirib.

Bundan əlavə hökumətin gəlir defisitlərini qarşılaması üçün də borca ehtiyacı var. Belə ki, Tramp administrasiyası vergilərin ödənişini aprel ayından iyun ayınadək təxirə salıb.