ABŞ qanunvericiləri maliyyə uçurumunun qarşısını almaq üçün təklif olunan qanunu təsdiqləyib. Bu, prezident Barak Obamanın Amerika iqtisadiyyatını möhkəmləndirmək yolunda tərtib olunan planda ilk addım idi.
Respublikaçıların üstünlük təşkil etdiyi Nümayəndələr Palatası ildə təxminən 400,000 dollar gəlir əldə edən zəngin amerikalılar üçün vergilərin artırılmasına dair qanunu dünən gecə təsdiqləyib.
Bu, 20 il ərzində gəlir vergisində edilən ilk artımdır. Nümayəndələr Palatasında səsvermələr Demokratların üstünlük təşkil etdiyi Senatda qanunun səs çoxluğu ilə qəbul olunmasından təxminən 24 saat sonra keçirilib. Lakin qanunun qəbul olunması nümayəndələr palatasının bəzi mühafizəkar üzvlərinin xərclərin daha çox azaldılması barədə qanunların plana əlavə edilməsinə cəhd göstərdikdə planın təsdiqlənməsi sual altına alınıb.
Lakin mühafizəkar üzvlər plana əlavələrin edilməsi üçün digər qanunverici həmkarların kifayət qədər dəstəyini almağa müvəffəq ola bilməyiblər.
Bundan başqa Demokratlar Nümayəndələr Palatasının plana hər hansısa dəyişikliyini Senatın qəbul etməyəcəyi barədə xəbərdarlıq edib.
Dünənki səsvermələrdən sonra cənab Obama hər iki partiyanın qanunvericilərini mühüm sosial proqramlara dəyişiklik etmədən ixtisarlar və vergilərin artırılmasına dair ortaq zəminə gəlməyə çağırıb.
Cənab Obama və Konqres Respublikaçıları vergi faizləri, hökumət xərcləri, uzun müddət davam edən büdcə defisiti və ölkə borclarına dair bir ildən çox müddətdir ki, mübahisə aparır.
Plana işsizlik müavinətinin bir il müddətə artırılması və böyük miraslara vergilərin artırılması da daxildir. Plan ölkənin müdafiə sistemi və yerli proqramların xərclərində məcburi ixtisarların iki ay müddətinə yubadılmasına yol açır ki, bu da, borc tavanı üzərində müzakirələr zamanı Respublikaçılara prezident Obamaya əlavə təzyiq göstərmək imkanları bəxş edəcək.