Fransa hərbi təyyarələri Malidə İslamçı döyüşçülərin nəzarətində olan qəsəbələrdən birini bombalayıb. Hazırda region boyu ekstremist qruplara qarşı daha çox qoşun cəlb olunması planlaşdırılır.
Şahidlər deyir ki, Malinin paytaxtı Bamakodan 400 kilometr şimalda yerləşən Diabali qəsəbəsi islamçı döyüşçülər tərəfindən ələ keçirildikdən bir neçə saat sonra Fransa hərbi təyyarələri tərəfindən hücuma məruz qalıb.
Fransa müdafiə rəsmiləri xəbər verir ki, Malidə Fransa hərbi kontingentinin sayı 750-dən 2500-ə artırılacaq.
Nigeriya bu gün 24 saat ərzində qoşunları Maliyə göndərəcəyini deyib.
Keçən həftə İslamçı qruplar ölkənin şimal hissəsini nəzarətə aldıqdan sonra Qərbi Afrika ölkələri Maliyə qoşun yeritmək planlarını sürətləndirib.
Qərbi Afrika dövlətlərinin İqtisadi İcmasının ictimai əlaqələr üzrə direktoru Sonni Uqoh Amerkanın Səsinə müsahibəsində bildirib ki, icma üzvləri məsələnin zəruriliyini dərk edir:
“Onlar deyirlər ki, üzv ölkələr Malinin ərazi bütövlüyünü saxlamaq üçün oraya təcili qoşun yeritməli, paytaxtı və ölkəni dağıdıcı hücumlardan qorumalıdır. Hesab edirəm ki, onlar vəziyyətin tələblərinə uyğun olaraq məsuliyyətlə hərəkət ediblər.”
Fransanın BMT-dəki səfiri Jerard Araud bazar ertəsi deyib ki, Afrika qoşunlarına komandanlıq edəcək nigeryalı general artiq Bamakodadır. Nigerya ilə qonşu ölkələr olan Burkina Faso və Seneqal da həmçinin qoşun göndərəcəklərinə söz veriblər.
Fransa Malinin keçid hökümətinin müraciətinə əsasən qoşunlarını cümə günü əraziyə göndərib. Cənab Araud deyib ki, hökümət döyüşçülərin ölkəni tam ələ keçirə bilməsindən narahat olaraq hərbi kömək göstərməyi qərarlaşdırıb.
BMT-nin qaçqınlar komitəsi cümə axşamı yaydığı məlumatda son toqquşmalar nəticəsində mindən çox malilinin qonşu ölkələrə köçüb. Məlumatda regionda qaçqınların ümumi sayının hal-hazırda 144 min olduğu və 200 mindən çox malilinin ölkə daxilində məcburi köçkünə çevrildiyi deyilir.