Mali əsgərləri güclü müqavimətlə üzləşir

Fransa qüvvələrinin müşayiəti ilə ölkənin şimal bölgəsinin nəzarətini ələ keçirməyə çalışan Mali əsgərləri güclü müqavimətlə üzləşir.

Zirehli maşının minaya dəyməsi səbəbi ilə bu gün 4 əsgər həlak olub.

BMT isə sülhməramlı qüvvələrin Maliyə göndərilməsı planı nəzərdən keçirilir. Lakin rəsmilər deyir ki, təhlükəsizlik şəraiti stabilləşənədək bütün fəaliyyətlər dayandırılmalıdır.

Fransanın Birləşmiş Millətlərdəki səfiri Qerard Araud Təhlükəsizlik Şurası ilə görüşündən sonra jurnalistlərə müsahibəsində bildirib ki, Fransanın hərbi qüvvələri Malidə qalmayacaq. O, ölkəyə Afrika qüvvələrindən yaradılmış sülhməramlı qüvvələrin göndərildiyini açıqlayıb.

Fransa hərbi qüvvələri ölkənin şimalına nəzarət və paytaxt Bamako istiqamətində hərəkət edən islamcı militanları geri çəkmək üçün keçən aydan Malidədir.

Birləşmiş Millətlər Təşkilatının sülhməramlı qüvvələrin başçısı Hervi Ladsus bildirib ki, Afrika Beynalxalq Dəstək Missiyası dörd minə yaxın hərbi qüvvəsini Malinin şimalındakı əməliyyat bölgələrinə göndərməyə başlayıb.

Ladsus deyib ki, onun ofisi Mali üçün fərqli ssenarilər üzərində işləyir və sülhməramlı əməliyyatların tezliklə başlayacağını düşünür.