2014-cü ildə Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında bəzi sahələrdə əməkdaşlığın irəliləməsinə baxmayaraq, demokratiya sahəsində geriləmə nəzərə çarpır. Əsasən vətəndaş cəmiyyəti üçün şərait pisləşib. Azərbaycanda Avropa Qonşuluq Siyasətinin (AQS) reallaşması barədə Avropa Komissiyasının hesabatından belə nəticəyə gəlinir.
Aİ-nin Azərbaycandakı nümayəndəsi Malena Mard martın 25-də açıqlanan hesabata həsr olunmuş mətbuat konfransı keçirib.
2014-cü ildə Azərbaycan vətəndaşlarına 75 min Şengen vizası verilib ki, bu da əvvəlki ildə olduğundan 10 min ədəd çoxdur.
Öncə o, diqqəti irəliləyişin əldə olunduğu sahələrə yönəldib. Belə ki, 2014-cü il sentyabrın 1-dən viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında saziş qüvvəyə minib ki, bu da qarşılıqlı səfərlərin sayını artırıb.
2014-cü ildə Azərbaycan vətəndaşlarına 75 min Şengen vizası verilib ki, bu da əvvəlki ildə olduğundan 10 min ədəd çoxdur.
Azərbaycanın ən iri ticarət tərəfdaşı və investor olan Aİ iqtisadiyyatın diversifikasiyası üzrə addımları müsbət qiymətləndirib və ölkənin Ümumdünya Ticarət Təşkilatına daxil olması ideyasını dəstəkləyir.
Energetika sahəsində də “yaxşı” əməkdaşlıq var, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması üzrə addımlar atılıb.
Lakin narahatlıq doğuran məsələlər var ki, bu da demokratiyaya keçidlə bağlıdır.
“Lakin narahatlıq doğuran məsələlər var ki, bu da demokratiyaya keçidlə bağlıdır”,Mard bildirib və bu sahədə tənəzzülün olduğunu qeyd edib.
“Bu, fəallar və hüquq-müdafiə təşkilatları üçün imkanların məhdudlaşdırılması ilə bağlıdır. Biz vətəndaş vətəndaş cəmiyyətinin inkişafına daha çox diqqət yetirməyə davam edəcəyik”, o vurğulayıb.
Son illər Aİ Azərbaycanda vətəndaş cəmiyyətinin 3 mln. avro həcmində 14 layihəsini maliyyələşdirib.
“Avropa dəyərlərini bölüşən fəalların çoxunun həbsdə olduğunu və ya ölkəni tərk etdiyini nəzərə alsaq Aİ gələcəkdə vətəndaş cəmiyyətindən kimlərlə əməkdaşlıq etmək istərdi?” sualının cavabında Mard deyib.
Hesab edirik ki, hökumət və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq üçün imkanlar var
“Vətəndaş cəmiyyəti fəallarının hamısı həbs olunmayıb. Biz həbslərlə bağlı narahatlığımızı bildirmişik. Bu məsələləri Aİ-nin insan hüquqları üzrə xüsusi nümayəndəsi bir neçə həftə əvvəl Bakıya səfəri zamanı müzakirə edib. Hesab edirik ki, hökumət və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq üçün imkanlar var”.
Diplomat qeyd edib ki, Aİ yeni tələblər irəli sürmür - çünki sözügedən məsələlər BMT, ATƏT və Aİ çərşivəsində Azərbaycanın öhdəliklərində nəzərdə tutulub.
Aİ 2014-2017-ci illərdə Azərbaycana 94 mln. avro həcmində yardım göstərməyi planlaşdırır.
Aİ 2014-2017-ci illərdə Azərbaycana 94 mln. avro həcmində yardım göstərməyi planlaşdırır. Bu vəsait təhsil, kənd təsərrüfatı, ədliyyə sahəsində islahatlara yönəldiləcək.
Əsasən 20 mln. avro peşə təhsilinin inkişafına və tələbə mübadiləsinin təşviqinə sərf olunacaq.
Həmçinin Mard AQS-nin 2015-ci ilin payızında formasının dəyişdirilməsi üzrə planlara diqqəti qeyd edib.
Bu məsələlər aprelin 8-də Avropa qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Hanın səfərinin məqsədlərindən biridir.
AQS yeni proqramı tərəfdaşlara qarşı fərqləndirilmiş siyasət nəzərdə tutur. Bu, onunla əlaqədardır ki, tərəfdaşların bir hissəsi tərəfdaşlığın daha da genişləndirilməsini istəyir, bir hissəsi assosiativ münasibətlər imzalayıblar, digərləri buna hazır deyil və adaptasiya edilmiş sazişlər çərçivəsində tərəfdaşlıq istəyirlər, Mard bildirib.
Aİ status-kvonun saxlanmasının əleyhinədir və ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir.
Qarabağ münaqişəsinə toxunan Mard qeyd edib ki, Aİ status-kvonun saxlanmasının əleyhinədir və ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir, qarşılıqlı inam tədbirlərinin möhkəmləndirilməsi üzrə tədbirlərə yardım göstərmək niyyətindədir.
Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirmi? sualının cavabında Mard deyib ki, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi hələ 1996-cı il tarixli əməkdaşlıq və tərəfdaşlıq haqqında sazişdə əksini tapıb.