Malayziya kralı taxtından imtina etdi

Malayziya kralı bazar günü əksəriyyəti müsəlman olan ölkənin tarixində ilk dəfə olaraq öz taxtından imtina edib.

49 yaşlı monarxın qərarına açıqlama verilməyib.

Sultan Məhəmməd V taxtdan getməsi noyabr ayının əvvəlində sağlamlığı ilə bağlı məzuniyyətə çıxması və təsdiqlənməmiş məlumata görə, sabiq Rusiya gözəli ilə ailə qurması ehtimallları ilə müşahidə olunub.

Bu, 1957-ci ildə Malayziyanın Britaniyadan müstəqillik qazanmasından sonra ilk taxtdan imtina halıdır. Ölkənin doqquz irsi dövlət hökmdarı beş il müddətinə növbə ilə taxta sahib olur.

Ən gənc konstitusiya hökmdarlarından biri olan Sultan Məhəmməd V 2016-cı ilin dekabrında kral olub.