Nobel sülh mükafatı laureatı Malala Yusifzai qızların təhsil almasını təbliğ etdiyinə görə altı il əvvəl Taliban tərəfindən başından güllələndikdən sonra ilk dəfə Pakistana dönüb.
Rəsmilər 20 yaşlı qlobal təhsil fəalının bu gün İslamambadda təyyarədən endikdən bir neçə saat sonra baş nazir Şahid Abbasi ilə görüşdüyünü bildirib. Onun vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşü nəzərdə tutulur.
2014-cü ildə ilk ən gənc Nobel Mükafatı qalibi olan fəal Oksford Universitetində təhsilini davam etdirməsi ilə yanaşı, qızların təhsil almasının təbliğini də davam etdirir.
Pakistanda Taliban 2012-ci ildə Malala Yusifzainin güllələnməsinə məsuliyyəti üzərinə götürüb və bir daha onu hədəf alacağını bildirib.
Qrup gənc fəalı Qərb mədəniyyətini təbliğ etməkdə təqsirləndirir.