Malala Yusafzai: Pakistan xalqı ektremizmə qarşıdır!

Malala Yusafzai deyib ki, o, bütün dünyanın Pakistanda sülh olduğunu və Pakistan xalqının ektremizmə qarşı çıxıdığını bilməsini istəyir.

Nobel Sülh Mükafatı laureatı vətəninə 4 günlük səfəri çərçivəsində Amerikanın Səsinə müsahibəsi zamanı bu mesajı dünyaya çatdırmaq arzusunda olduğunu bildirib.

O, Pakistana səfərinin böyük əhəmiyyət kəsb etdiyini bildirərək, dünyanın Pakistanı xaricdən terrorizmi dəstəkləyən bir ölkə kimi gördüyünü deyib.

Malala fondu onun vətəni Svatda məktəb inşa edib. O, məktəblərin ekstremizlə mübarizəsinin vacibliyini önə çəkib.

Malala qızların təhsilinin mühümlüyünü qeyd edərək, onların əks təqdirdə az yaşlarında ərə veriləcəyini, uşaq əməyi istismarına məruz qalacağını vurğulayıb. Onun dediyinə görə, ən əsası onların yoxsulluğa duçar olacağıdır.

Malala təhsilsiz qızların azad səsə malik olmadığını, özlərini müdafiə edə bilmədiklərini qeyd edib.

O deyib ki, təhsil qızların müdafiəsidir.

Malala təhsilli qızların ölkənin inkişafına yardım edəcəyini, iqlim dəyişikliyi və yoxsulluqla mübarizədə aparıcı rol oynaya biləcəklərini deyib.

Malala Yusifzai qızların təhsil almasını təbliğ etdiyinə görə altı il əvvəl Taliban tərəfindən başından güllələndikdən sonra ilk dəfə Pakistana dönüb.

Rəsmilər 20 yaşlı qlobal təhsil fəalı bu gün İslamambadda baş nazir Şahid Abbasi ilə görüşüb. Onun vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşü də olub.

2014-cü ildə ilk ən gənc Nobel Mükafatı qalibi olan fəal Oksford Universitetində təhsilini davam etdirməsi ilə yanaşı, qızların təhsilinin təbliğini də davam etdirir.

Pakistanda Taliban 2012-ci ildə Malala Yusifzainin güllələnməsinə məsuliyyəti üzərinə götürüb və bir daha onu hədəf alacağını bildirib.

Qrup gənc fəalı Qərb mədəniyyətini təbliğ etməkdə təqsirləndirir.