Makron Putinlə görüşüb

Fransanın yeni prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Makron Putinin onun rəqibi Marin Le Peni dəstəklədiyi prezident seçkilərində onun əleyhinə təbliğat aparan media orqanlarını qeyd edib. O, Russia Today televiziyası və Sputnik multi media qurumunu "təbliğat" xarakterli media adlandırıb.

Makronun kampaniyasına qarşı kiber hücumların da Rusiya ilə bağlı olduğu bildirilir.

Prezident Putin mənə deyib ki, o, Çeçenistanda yerli rəsmilərin bütün fəaliyyətləri ilə bağlı həqiqətlərin müəyyən edilməsi məqsədilə LGBT hüquqlarının məsələsi ilə bağlı bir neçə təşəbbüs həyata keçirib.
Emmanuel Makron

Versal sarayında keçirilən birgə mətbuat konfransı zamanı Putin bu iddiaları rədd edib. O, Kremlin Fransada səsverməyə təsir göstərmək məqsədilə seçkilərə müdaxilə etmədiyini deyərək, mart ayında Le Penlə görüşünü müdafiə edib.

Makron görüş zamanı Çeçenistanda LGBT hüquqlarının müdafiəsi məsələsinin də müzakirə edildiyini deyib.

"Prezident Putin mənə deyib ki, o, Çeçenistanda yerli rəsmilərin bütün fəaliyyətləri ilə bağlı həqiqətlərin müəyyən edilməsi məqsədilə LGBT hüquqlarının məsələsi ilə bağlı bir neçə təşəbbüs həyata keçirib", Emmanuel Makron bildirib.

Ukrayna

İki lider arasında görüş zamanı Ukraynada vəziyyət müzakirə edilib. Putin Qərbin sanksiyalarının münaqişənin həllinə heç bir köməyi olmadığına inandığını bir daha təkrar edib.

"Cavab budur: heç bir şəkildə. Gəlin, qlobal iqtisadiyyatda bütün məhdudiyyətlərin aradan qaldırılması uğrunda mübarizə aparaq", Putin birgə mətbuat konfransında bildirib.

Rəsmi Paris Moskvanın Ukraynada hərəkətlərinə cavab olaraq, Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsində aktiv rol oynayıb.

Cavab budur: heç bir şəkildə. Gəlin, qlobal iqtisadiyyatda bütün məhdudiyyətlərin aradan qaldırılması uğrunda mübarizə aparaq.
Vladimir Putin

İki lider qlobal səviyyədə terrorizmə qarşı mübarizədə daha yaxından iş görmək barədə razılıq əldə edib. Putin bildirib ki, Makron danışıqlar zamanı bu istiqamətdə işləmək məqsədilə rəsmi nümayəndə heyətlərinin göndərilməsi təklifini irəli sürüb.

Makron-Putn görüşündə Suriyada vəziyyətin müzakirəsi yer alıb. Fransa prezidenti müxbirlərə bildirib ki, o, iki ölkənin Suriyada sülhə nail olunmasında birgə işləyə biləcəyinə inanır. Lakin Makron deyib ki, Fransa müharibənin getdiyi ölkədə kimyəvi silahlardan istifadəni"qırmızı xətt" hesab edir.