ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Əfqanıstanda vəziyyəti müzakirə edib

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri H.R.Makmaster və Hindistanın baş naziri Narendra Modi

Prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri H.R.Makmaster Hindistanın baş naziri ilə Əfqanıstanda vəziyyəti müzakirə edib. Danışıqlar AB-ın Əfqanıstana ən böyük qeyri-nüvə bombası atmasından təxminən bir həftə sonraya təsadüf edir. Bomba partlayışı 94 militantın ölümülə nəticələnib.

H.R.Makmasterin Hindistanın baş naziri Narendra Modi ilə görüşü Tramp administrasiyasının rəsmisi nümayəndəsinin ABŞ-ın Asiyada əsas müttəfiqlərindən biri olan ölkəyə ilk səfəridir.

ABŞ-ın Əfqanıstanda İslam Dövləti qrupunun hdəflərinə zərbələr endirmək üçün istifadə etdiyi GBU-43B tipli qeyri-nüvə bombası

ABŞ-ın Hindistandakı səfirliyinin bildirdiyinə görə, danışıqlar zamanı müdafiə və əks-terror sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Makmasterin Modini Hindistanın terrorizmə qarşı qlobal mübarizədə başlıca müdafiə tərəfdaşı statusunu saxladığına əmin etdiyi bildirilir.

Hindistanın televiziya kanallarında Makmaster və Modinin rəsmilərin ətrafında baş nazirin Dehlidəki evində görüşünü göstərən video kadrlar nümayiş etdirilib.

Makmaster regiona səfəri zamanı Kabil və İslamabadda da olacaq.