ABŞ prezidenti Barak Obama ABŞ-ın Suriyada hərbi müdaxiləyə dair sənədə Konqres tərəfindən dəstək verilməsinə çalışır. Bəzi qanunvericilər onun planına şübhə ilə yanaşır, Rusiya isə hərbi müdaxilənin səbəbinə dair faktlar tələb edir.
Cənab Obama uzun müddətdir Suriyaya qarşı güc nümayiş etdirməyə çağıran nüfuzlu respublikaçı senator Con Makkeynlə Ağ Evdə görüş təşkil edir. Makkeyn ABŞ-ın məhdud qaydada hava hücumu çərçivəsindən kənara çıxaraq,Suriya prezidenti Bəşar Əl-Əsədin hakimiyyətdən kənarlaşdırmaq kimi xəbərdarlığın əlavə edilməsinin vacibliyini vurğulayıb.
Konqresin bəzi üzvləri fərqli mövqedən çıxış edərək, hərbi müdaxilənin vacibliyini sual altına alıb.
ABŞ rəsmiləri bəzi qanunvericilərə Suriya hərbi qüvvələrinin Dəməşq yaxınlığında mülki vətəndaşların yaşadığı ərazilərə zəhərli qaz balonları ataraq, 1000-dən çox insanın ölümünə səbəb olan hücum barədə kəşfiyyatın əldə etdiyi məlumatları çatdırıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, ABŞ-ın dəlilləri inandırıcı deyil. O, kimyəvi hücumun coğrafi koordinantlar və adların qeyd edilmədiyini bildirib.