Yunanıstan və Makedoniya arasında Makedoniya adı üzərində davam edən mübahisəni aradan qaldırmaq üçün aparılan danışıqlar artıq son mərhələdədir.
Yunanıstanın xarici işlər naziri Nikos Kotzias və makedoniyalı Nikola Dimitrov deyir ki, bir neçə hüquqi və texniki məsələ həll olunandan sonra danışıqları onların baş nazirləri aparacaq.
Dimitrov bazar ertəsi Brüsseldə müxbirlərə bildirib ki, iyun ayının sonunda keçiriləcək Avropa İttifaqı sammitindən öncə yekun razılıq əldə oluna bilər.
Makedoniya keçmiş Yuqoslaviya ölkəsinin, eyni zamanda isə Yunanınstanın şimalında qədim tarixi bir ərazinin adıdır.
İki ölkə Makedoniya 1991-ci ildə müstəqillik əldə edəndən bəri bu ad üzərində mübarizə aparır.
Makedoniyanın baş naziri Zoran Zaev Yunanınstanın Makedoniyanın NATO üzvü olmasının qarşısını almaması müqabilində ölkənin adını Yeni Makedoniya və ya Yuxarı Makedoniyaya dəyişməyi təklif edib.