İran prezidenti Mahmud Əhmədinejad İranda həbsdə olan iki amerikalı səyyarın azad ediləcəyini bir daha təkrar edib. İranın dövlət başçısı bunu BMT-nin Baş Assambleyasının Nyu-York yığıncağından öncə bildirib.
İranın ədliyyə sistemi Şeyn Bauer və Caş Fattalın azadlığa buraxılmasını yubadır. İranın Ədliyyə Nazirliyinin bəyanatında bildirilir ki, məhkəmə Şeyn Bauer və Caş Fattalın vəkillərinin onların 1 milyon dollar müqabilində zaminə buraxılması tələbini nəzərdən keçirir.
Amerikalı səyyarlar 2009-cu ildə casusluq ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.