Müdafiə Komitəsi hesab edir ki, MTN-nin zabiti tamah məqsədi iləoğurlanıb. "O güc stukturlarındakı naqis adamların əli ilə oğurlanıb"
2003-cü ildən itkin düşən Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi mətbuat konfransını keçirib.
Komitənin sədri, M.Abdullayevin bacısı oğlu Azad Mursaliyev qurumun məqsədinin M.Abdullayevin taleyinə aydınlıq gətirmək, məsələni ölkənin ictimai gündəmində saxlamaq olduğunu deyib.
O, M.Abdullayevin sağ olmasına şübhəsinin olmadığını deyib.
“Əgər sağ olmasına azacıq şübəhmiz olsaydı, yasını verərdik”, - deyə A.Mursaliyev qeyd edib.
Onun fikrincə, M.Abdullayev itkin düşməyib, yoxa çıxmayıb, sadəcə oğurlanıb. Özü də bu oğurluq tamah məqsədilə, güc strukturlarında çalışan “naqis insanlar”ın əli ilə törədilib.
M.Abdullayevin oğurlanması faktı ilə bağlı 2003-cü ildə Cinayət Məcəlləsinin 144.2.6-cı (oğurluq) maddəsilə cinayət işi qaldırılıb, 2005-ci ildə isə zərərçəkən tərəfə xəbər verilmədən 120-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunub.
Cinayət işinin gedişi ilə bağlı M.Abdullayevin ailə üzvlərinin, yaxınlarının saysız sorğularına istintaq tərəfi “isitntaq davam edir, əlavə məlumat veriləcək” kimi standart cavab verib.
M.Abdullayevin taleyinə aydınlıq gətirilməsilə bağlı qardaşı, keçmiş rektor Elşad Abdullayevin yaydığı videomaterillar belə təsir etməyib. Yeri gəlmişkən, A.Mursaliyev E.Abdullayevin yaydığı video-materialların hər-hansı siyasi məsələyə bağlı olması haqda fikirləri əsassız sayıb. A.Mursaliyev dayısının taleyinə aydınlıq gətirilməsi məqsədilə istintaqın istədiyi halda komitəinin kömək göstərəcəyini qeyd edib.
A.Mursaliyev M.Abdullyevin taleyinə aydınlıq gətirilməsi məqsədilə videoların bundan sonra komitə xəttilə yayılacağını, istintaqa verilməzdən öncə mediaya təqdim ediləcəyini bildirib.
Mətbuat konfransında M.Abdullayevin taleyilə bağlı nümayiş etdirilən videomaterialda özlərini Prezident qvardiyasının üzvləri kimi təqdim edən Səfər Kələntərov, Sahib, Natiq adlı şəxslər danışırlar.
“M.Abdullayevin taleyinə aydınlıq gətirmələri məqsədilə E.Abdullayevin yanına müxtəlif şəxslər gəlsə də, onlar bir mərkəzdən idarə olunurlar”, - deyə A.Mürsəliyev keçmiş rektora qardaşını tapmaqda kömək vəd edən insanların təmənnalı olmalarına işarə edib.
M.Abdullayev 2003-cü ilin oktyabrında itkin düşüb, indiyə kimi taleyilə bağlı hər-hansı məlumat yoxdur. Qardaşı E.Adullayev 2012-ci ilin yayından vidoemateriallar yaydıqdan sonra bu məsələ ölkənin ictimai gündəmində ilk yerdə durur.