ABŞ-ın Viskonsin ştatında mart ayında 19 yaşlı gənci güllələdiyinə görə ağdərili polis zabiti məsuliyyətə cəlb edilməyəcək. Bu qərar statin paytaxtı Madisonda geniş etirazlara səbəb olub. Öldürülən gəncin ailəsi nümayişçiləri aksiyaları dinc keçirməyə çağırır.
“Mən bu faciəvi ölümdə silahdan qanunsuz istifadə edilmədiyi qənaətindəyəm. Buna görə də zabit Kenni Toni Robinson oğulun qətlində günahkar hesab edilmir.”
Deyn rayonundan vəkil İsmael Ozann müxbirlərə deyib ki, Matt Kenninin odlu silahdan istifadə etməsinə məcbur olduğuna dair dəlillər nəzərdən keçirilib. Kenni Robinsona 7 dəfə atəş açıb.
“Mənim qərarım Toni Robinsonu geri qaytarmayacaq. Mənim qərarım ədliyyə sistemində hökm sürən irqi bərabərsizliyə son qoymayacaq.”
Polis zabitinə qarşı hökm Robinson ailəsinin tənqidlərinə yol açıb.
“19 yaşlı silahsız gəncin öldürülməsinə baxınca.”
Amerikanın səsinə müsahibəsi zamanı Robinsonun dayısı Turin Karter deyib ki, məhkəmənin başqa gür nəticələnəcəyini gözlədiyi halda qərar onu çox təəccübləndirib.
Karter martın 6-da gəncin öldürüldüyü yer yaxınlığında toplaşan etirazçılar arasında olub.
“Sistemə qarşı etiraz edirik.”
Robinsonun öldürülməsindən sonra Madisonda bir neçə aksiya keçirilib. Onların hamısı dinc nümayiş olub.
Qərardan dərhal sonra təşkil edilən aksiya da sakit keçib.
Robinsonun nənəsi Şaron İrvin heç bir mətbuat xəbərlərinin onun yarasını sağalda bilməyəcəyini deyir.
“Bir gün onun kim olduğunu öyrənəcəksiniz. İşinizi bitirib evinizə dönəcəksiniz. Bu isə mənimlə həmişəlik qalacaq. Demək istəyirəm ki, bütün bunlar ədalət deyil, siyasətdir.”
Robinson ailəsi yeni istintaq açılmasını tələb edir. Daha artıq nümayişlərin də təşkili planlaşdırılır.