ABŞ-ın ilk qadın dövlət katibi Madlen Olbraytın xatirəsi anılır
Your browser doesn’t support HTML5
Birləşmiş Ştatların ilk qadın dövlət katibi olmuş Madlen Olbrayt 84 yaşında dünyasını dəyişib. Xanım Olbrayt ABŞ-ın xarici siyasətinin formalaşdırılmasına xidmət edən bir irs qoyub gedib. O bütün dünyada qaçqınların hüquqları və demokratiyanın qızğın müdafiəçisi kimi yadda qalır.