Makron Fransanın mübahisəli pensiya islahatını davam etdirir

Fransa

Fransa prezidenti Emmanuel Makron ölkədə etirazlar davam etdiyi və müxalifət partiyaları cümə günü etimadsızlıq səsverməsinin keçirilməsinə çağırış etməyə hazırlaşdığı vaxt parlamentin səsverməsi olmadan ölkənin pensiya sistemində islahat aparmaq üçün mübahisəli planı irəli sürür.

Makron cümə axşamı konstitusiya səlahiyyətindən istifadə edərək parlamentdə səs vermə olmadan pensiya yaşını 62-dən 64-ə qaldıran qanunu qəbul edib.

Senat qanun layihəsini cümə axşamı qəbul edib, lakin Milli Assambleyadakı sağçı siyasətçilər bu tədbirə qarşı çıxıblar, bu isə o deməkdir ki, qanun layihəsi kifayət qədər səs toplaya bilməz.

Sorğulara görə, Fransa seçicilərinin üçdə ikisi pensiya qanunun dəyişdirilməsinə qarşıdır.

Ölkə daxilində yanvar ayından bəri islahatlara etiraz səbəbilə keçirilən tətillər qatarlara, məktəblərə, ictimai xidmətlərə və limanlara təsir edib. Minlərlə etirazçı cümə axşamı parlament qarşısında nümayiş keçirib.

Həmkarlar ittifaqları gələn cümə axşamı ölkə daxilində daha bir etiraz keçirməyə çağırıblar.

Parisdə pensiya islahatına qarşı çıxan bələdiyyə zibil toplayanlarının tətili şəhərdə iri zibil təpələri ilə nəticələnib.