Macarıstan Xorvatiya ilə sərhədlərini bağladı

Bu gün ilk dəfə miqrantlarla dolu avtobus sərhəddən keçərək Xorvatiyadan Sloveniyaya çatıb.

Dünən gecə yarısı Macarıstan Xorvatiya ilə sərhədlərini tam bağlayandan sonra Avropanın şimal ölkələrində daha yaxşı həyata ümid edən miqrantlar Sloveniyaya getmək məcburiyyətində qalıb.

Macarıstan sərhədi Avropanın digər ölkələrinə getmək istəyən gündəlik miqrant axınının qarşısını almaq məqsədi ilə bağlayıb.

Sərhədlər tam bağlanmamışdan öncə kiçik bir qrup miqrantın keçidinə icazə verilib. Qanunsuz keçidin qarşısını almaq üçün artıq sərhəd boyu ön hasar çəkilib.

Macarıstan xarici işlər naziri Peter Sziccarto bəyan edib ki, sərhədləri möhürləmək qərarı Nazirlər Kabinetinin milli təhlükəsizliyə dair dünənki iclasından sonra verilib.

Onun sözlərinə görə, Budapeşt sərhəd ölkələri qərarla tanış edib. Macarıstan sentyabr ayında isə Serbiya ilə sərhədlərini bağlamışdı.