Amerikalılar maaş artımı müqabilində nədən imtina edər?

Amerikalıların üçdə biri deyir ki, onlar maaşlarında 10 faizlik artım müqabilində ömürlük səsvermə hüquqlarından imtina edər.

LendEdu adlı maliyyə məsləhəti vebsaytının apardığı araşdırmanın nəticələri göstərir ki, amerikalılar maaş artımı müqabilində çox şeydən imtina edər.

73 faiz növbəti beş il ərzində spirtli içkidən imtina etməyə hazırdır.

İnsanların 50 faizindən çoxu maaş artımı üçün üç il boyunca film izləməkdən vaz keçəcəyini deyib. 15 faizi bildirib ki, onlar daha yüksək əmək haqqı müqabilində bütün məzuniyyət günlərindən əl çəkər. Amerikalıların yarısı isə bunun üçün bir il boyunca həftə sonu bir gün işləməyə razı olacağını söyləyib və heç təəccüblü deyil ki, əhalinin 44 faizi də beş il boyunca idman etməkdən vaz keçəcəyini deyib.

Təxminən 9 faiz insan uşaqlarının da səsvermə hüquqlarından ömürlük imtina edə biləcəklərini deyib. Hər beş nəfərdən ikisi maaş artımı müqabilində beş il boyunca dişlərini müalicə etməyəcəklərini, 12 faiz insan isə sevgililəri ilə ayrılıcaqlarını söyləyib.

Əksəriyyətin bankda $1000 dollardan çox pulu yoxdur.

İnsanların əmək haqlarının artırılması müqabilində edəcəkləri başqa şeylər isə bunlar daxildir:

  • 53.55 faiz insan beş il boyunca sosial media hesablarından istifadə etməyəcək

  • 88.61 faiz ömürlük Game of Thrones-u izləməkdən imtina edəcək

  • 73.42 faiz növbəti beş il ərzində spirtli içki içməyəcək

  • 17.93 faiz iki il Sosial Təminat imtiyazlarından imtina edəcək

  • 18.9 faiz növbəti beş il sağlamlıq sığortasından imtina edəcək

  • 55.9 faiz ömürlərinin sonunadək həftəlik əlavə 10 saat işləyəcək

  • 47.74 faiz iki il müddətinə kafeinli içkilərdən imtina edəcək

Sorğu nəticələri bəzi insanlar üçün şokedici olsa da, bir neçə mənbəyə əsasən, amerikalıların əksəriyyətinin $1000 dollar məbləğində əmanəti olmadığını iddia edir.