“Lütfən məni ölümə göndərməyin!”

Perunun sabiq avtoritar lideri Alberto Fucimori hazırkı prezidentdən onu həbsxanaya qaytarmamağı xahiş edərək bunun “ölüm hökmü” olacağını deyib.

Peru Ali Məhkəməsi çərşənbə günü çıxardığı qərarda bəyan edib ki, Fucimori insanlığa qarşı cinayət törətdiyinə görə ötən il həbsdən azad edilməməli idi.

Əgər mən məhbəsə qayıtsam, ürəyim buna dözməyəcək. O, eyni məşəqqətdən keçməyə davam gətirməz.

Məhkəmə həmçinin bəyan edib ki, Peru və beynəlxalq qanunlar altında sabiq diktatora əfv düşmür.

“Lütfən məni öldürməyin,” Fucimori xəstəxana yatağından Prezident Martin Vizkarraya yalvarıb.

“Əgər mən məhbəsə qayıtsam, ürəyim buna dözməyəcək. O, eyni məşəqqətdən keçməyə davam gətirməz. Mənə ölüm hökmü oxumayın. Artıq taqətim yoxdur.

Peru Daxili İşlər Naziri mauro Medina eks-diktatorun sözlərindən çox elə təsirlənməyib.

“O, hələ də məhbus hesab olunur. Klinikadan çıxan kimi penitensiar xidmətə aparılacaq.” Median Peru Radiosuna bildirib.

Alberto Fucimornin tərəfdarları onun müalicə aldğı xəstəxananın qarşısında toplaşıblar.

İnsanlığa qarşı cinayət ittihamları ilə 25 il həbs cəzası almış Fucimori ötən il əfv olunduqdan sonra Limadakı kirayəyə götürülmüş imarətə köçmüşdü.

Fucimorini Peruda bəziləri sevir, digərləri isə ona nifrət edir. 1990-cı ildə seçildikdən sonra 10 il hakimiyyətdə qalan Fucimori solçu “Parıldayan Cığır” təşkilatının qiyamını yatırmış, ölkəni iqtisadi uçurumdan xilas etmişdi.