"Lütfən, bizim uşaqlarımıza yaşamağa kömək edin", - Talassemiya federasiyası İB-nin sədri Nailə Quliyeva
Your browser doesn’t support HTML5
Bu gün Azərbaycanda 1500-dən çox qeydə alınmış talassemiya pasientləri var.
Talassemiya Federasiyası İctimai Birliyinin sədri Nailə Quliyeva deyir ki, ictimayi birlik olaraq onlar hər ay korporativ qan yığma aksiyaları təşkil edirdilər. Ancaq martın 15-dən bütün aksiyalar məlum səbəbə görə təxirə salındı. O deyir ki, donor çatışmazlığı talassemiyalı xəstələrin ölümünə gətirib çıxara bilən bəladır.
Donor azlığını nəzərə alaraq, ölkədə “Könüllü Donor” aksiyasına start verilib.
Bakı və regionlarda olan sağlam vətəndaşlar Mərkəzi Qan Bankının müvafiq bölgələrdə olan ünvanlarına müraciət edərək könüllü qan donoru ola bilərlər. Qeyd edək ki, donor olmaq istəyən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə bir rəqəmini və şəxsiyyətini təsdiq edən məlumatı göndərməlidir.
Azərbaycanda koronavirusla əlaqədar 2 həftədən çoxdur davam edən karantin rejimi bir çox sahələr kimi həyatları qandan asılı olan insanlara da öz təsirini göstərib. Ayda ortalama 2 dəfə qan köçürülməyə ehtiyacı olan talasemiyalı xəstələrin həyatını təhlükə ilə üz-üzə qoyub.