Lukaşenko keçmiş iki nazirin onu əvəzləyə biləcəyini deyib

Aleksandr Lukaşenko martın 19-da televiziyada yayımlanan çıxışında deyib ki, hazırda Qərb ölkələrinin sanksiyaları ilə üzləşən iki keçmiş Belarus nazir mümkün prezident seçkisindən sonra onu əvəzləyə biləcək “güclü namizəd” olacaq.

2020-ci ilin avqust ayında misli görülməmiş və hələ də davam edən etirazlara səbəb olan mübahisəli prezident seçkisindən bəri bir çox Qərb hökuməti tərəfindən legitim olaraq qəbul edilməyən Lukaşenko müxalifət liderləri ilə görüşməkdən və onların Lukaşenkonun vəzifədən getməsi və yeni seçki keçirilməsi kimi tələblərini müzakirə etməkdən imtina edib.

Ölkədə on minlərlə insanın həbsi ilə nəticələnən təqiblərin davam etdiyi bir vaxt müxalifət liderləri Lukaşenkonu mümkün islahatları və yeni seçkiləri yalnız vəzifədəki altıncı müddətini bitirmək üçün vaxt qazanmaq məqsədilə ertələməkdə ittiham ediblər.

Lukaşenkonun daxili işlər naziri Yuri Karayev və sabiq Səhiyyə Naziri Uladzimer Karaniki mükün namizəd olaraq göstərdiyi çıxışında nə dərəcədə ciddi olduğu aydın deyil.

Oktaybr ayına kimi Daxili İşlər Naziri olan Karayev hazırkı etirazşılara qarşı zorakı təqibləri həyata keçirməyə yardım etmək ittihamı ilə Aİ və digər Avropa ölkələrinin sanksiyalarının hədəfində olan Belarus rəsmilərindən biridir.

Karanik avqust ayına kimi səhiyyə naziri olub və ona da ABŞ və Aİ sanksiyaları tətbiq olunub.

Lukaşenko onları “gənc, yeni nəsil, ağıllı və bu ölkənin dəyərini bilən” adlandırıb.

Prezidentliyə namizəd olan Svetlana Tixanovskaya martın 18-də yaydığı video bəyanatda belarusları gələn həftə Lukaşenkoya qarşı “ikinci etiraz dalğası” başlatmağa çağırıb.

Tixanovskaya 9 avqust seçkisində qalib gəldiyini amma rəsmilərin kütləvi seçki saxtakarlığı həyata keçirdiyini iddia edirlər.

Tixanovksaya həmçinin deyib ki, martın 18-də başladılan onlayn səsvermə beynəlxalq ictimaiyyəti dic etirazların hüquq-mühafizə orqanlarının qəddar gücü ilə qarşılaşması nəticəsində yaranan böhranda vasitəçi kimi xidmət göstərməyə həvəsləndirəcək.

Lukaşenkonun hakimiyyətdəki 20 ilində keçirilən heç bir seçki Qərb müşahidəçiləri tərəindən azad və ədalətli olmayıb.

Lukaşenko martın 19-da onun xələfini yalnız seçkilərin müəyyən edəcəyini deyib.