ABŞ-da özəl həbsxanalar [Video]

Your browser doesn’t support HTML5

Özəl həbsxanalar - Luiziana dövlət xərclərinə qənaət edir

Harri dörd ildir ki müxtəlif özəl şirkətlər tərəfindən idarə olunan həbsxanalarda cəza çəkir. O, hazırda Luiziana ştatında şəhərdən kənar ərazidə yerləşən “Pine Prairie” islah düşərgəsindədir. Harri bildirir ki, burada onunla rəftar əvvəlki islah mərkəzindən daha yaxşıdır.

Harri deyir ki, havaya çıxmaq çətin idi. Onlar həmişə yeməyi kamerada verirdilər. Getməyə yeməkxanamız yox idi, ona görə də yeməyi kameraya gətirirdilər. Gecə isə yuxunun şirin vaxtında bizi oyadıb, oturmağımızı tələb edirdilər.

Varden Terri Haynz həm özəl, həm də dövlət həbsxanasında işləyib. O, özəl həbsxanaların ABŞ vergi ödəyiciləri üzərindəki yükü yüngülləşdirdiyini deyir.

Terri Hayns: Mən hər məhkum üçün bunu hər gün daha ucuz edə bilərəm. Podratçı ilə müqaviləsi olan həbsxanalar bizə sübut edib ki, bunu dövlət habsxanalarından daha ucuz etmək mümkündür.

Xərcləri aşağı salmaq üçün özəl şirkətlər hər bir məhbusa görə büdcəni və işçilərin maaşını dövlət tərəfindən idarə edilən həbsxanalardan daha aşağı müəyyən edir. Mark da “Pine Prairie” islah düşərgəsində məhbusdur. O deyir ki, özəl həbsxanalar məhbuslar üçün daha az proqram təklif edir.

Mark: Özəl həbsxanaların nə peşə sahələri, nə də peşə məktəbləri var. Ancaq dövlət həbsxanalarında sən peşəyə yiyələnə bilərsən. Sən peşə işlərində işləyə bilərsən. Sən fərqli işlər görə bilərsən. Ancaq burada işlər məhduddur.

Tənqidçilər həmçinin özəl həbsxanaların qazanc güddüyü və dövlət ədliyyə sisteminin tələblərinə məhəl qoymadığını deyir. Dayana Kaplan Luiziana Uşaq Ədliyyə Lahiyəsi qrupunun direktorudur.

Dayana Kaplan: Biz kriminal ədliyyə qanununlarını cinayətin sayının aşağı düşməsi və ya insanların ödədiyi verginin azaltdılması əsasında hazırlamırıq. Biz bu qanunları ədliyyə sisteminin iqtisadi mühərrikinə yardımcı olacaq ədliyyə qanunları əsasında hazırlayırıq.

İlk özəl həbsxana faailiyyətə başlayandan bəri təqribən son 20 il ərzində Luizianada məhkumların sayı ikiqat artıb.