Yeni Orleanda "Analar Günü" keçirilən parad zamanı insanlara atəş açılıb

Luiziana ştatının Yeni Orlean şəhər polisi bazar günü keçirilən tədbir zamanı atəş açaraq, 19 nəfəri yaralayan üç nəfərin axtarıldığını bildirilir. Hadisənin 400 nəfərə
qədər insanın toplaşdığı "Analar günü" münasibətilə keçirilən parad zamanı baş verdiyi deyilir.

Polisin dediyinə görə, güllə yarası alanlardan azı ikisi üzərində cərahiyyə əməliyyatı keçirilib, qalanları isə yüngül yaralar alıb.

Yeni Orlean şəhərinin meri Miç Landre bu hadisənin özünün zəngin müsiqi irsi ilə məşhur olan şəhərdə illərdir davam edən zorakılıqların bir hissəsi olduğunu deyib.