Luhanskın qubernatoru deyir ki, bölgədən daha çox insan evakuasiya olunmalıdır

Ukraynanın şərqində Luhansk regionunun qubernatoru deyib ki, son günlərdə atışma artdığı və daha çox Rusiya qoşunu gəldiyi üçün regiondan daha çox evakuaisya olunmalıdır.

Serhiy Hayday deyib ki, sakinlərin təxminən 30 faizi hələ də bölgədəki şəhər və kəndlərdə qalıb və onlar təxliyə etməyə çağırılıblar.

Rusiya “hücumun üçün qüvvə cəmləşdirir və biz atışmaların sayının artdığını görürük,” Hayday aprelin 9-da Ukrayna televiziyasına bildirib.

Ukrayna Rusiyanın paytaxt Kyivin şimalından geri çəkiləndən sonra ölkənin şərq və cənubuna hücumları intensivləşdirməyi planlaşdırdığına dair xəbərdarlıq edir.

Birləşmiş Ştatar bu həftə bildirib ki, Moskva, böyük ehtimal ilə, Ukraynanın şərqinə on minlərlə əsgər yerləşdirməyi planlaşdırır.

Britaniyanın Müdafiə Nazirliyi aprelin 9-da gündəlik brifinqi zamanı deyib ki, Rusiya diqqətini dəniz qüvvələri tərəfindən atılan qanadlı raketlərin də daxil olduğu şərqdəki Donbas regionuna hücuma yönəldib.

Nazirlik Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımla Donbas regionu arasında quru üzərində körpü qurmaq istədiyi üçün cənubda və şərqdə hava hücumlarını artırmacağını gözlədiyini bildirib.

Ukrayna rəsmiləri son bir neçə gündə regiona daha çox Rusiya qüvvəsi gəldiyi üçün atışmanın artdığını bildirib.

“İşğalçılar Donetsk və Luhansk bölgələrindəki ərazilərə tam nəzarət etmək üçün ölkəmizin şərqində hücuma hazırlaşmağa davam edirlər,” Ukrayna silahlı qüvvələrinin baş qərargahı aprelin 9-da bildirib.

Baş nazirin müavini İrina Vereşçuk aprelin 9-da deyib ki, insanların evakuasiyası, o cümlədən insanların özəl nəqliyyatla cənubda mühasirə altında olan Mariupoldan çıxması üçün ölkə boyu 10 humanitar dəhliz üzərində razılıq əldə olunub. Buna

Bu arada isə Prezident Volodimir Zelenski qüvvələri izdihamlı qatar stansiyasına raket ataraq, azı 52 nəfərin ölümünə səbəb olandan sonra Rusiyaya qarşı sərt qlobal reaksiya tələb edib.