Londonda Cəmil Həsənlinin kitabı nəşr edilib

Tarix elmləri doktoru Cəmil Həsənlinin Londonda Routledge nəşriyyatında“Azərbaycanda liderlik və millətçilik” adlı kitabı ingilis dilində nəşr olunub.

Cəmil Həsənlinin “Azərbaycanda liderlik və millətçilik” kitabı Londonda nəşr edilir

Kitab müstəqil Azərbaycan dövlətinin ilk rəhbəri, ondan əvvəl isə Rusiya Dövlət Dumasında müsəlman fraksiyasına rəhbərlik etmiş Əlimərdan bəy Topçubaşovun həyatına həsr olunub. Kitabdakı sənədlər Rusiya, Gürcüstan, Fransa, Böyük Britaniya arxivlərindən toplanıb.

Monoqrafiyada həmçinin Birinci Dünya Müharibəsi dövründə və sonra geosiyasi proseslər, Rusiya imperiyasının süqutu prosesi təhlil edilir.